flags

Haqqımızda

DENEYAP proqramı

Gələcək dövrün ehtiyaclarını nəzərə alan, layihə əsaslı, gündəlik həyat problemlərinin həllinə yönələn və şagirdlərə 21-ci əsrin bacarıqlarını əldə etməyə imkan verən kompleks və fərqli bir təhsil modelidir.

NİYƏ “DENEYAP”?

ÜSTÜNLÜKLƏRİMİZ

Əlverişli mühit

Övladlarınızın inkişafı üçün qayğıkeş və həssas münasibətlər üzərində qurulmuş müsbət sosial və emosional mühit yaradırıq. Burada uşaqlar özlərini tam güvənərək yeni bacarıqlar öyrənə, kəşf edə və öz biliklərini tətbiq edə biləcəklər.

Güclü təlimçilər

Mərkəzimizdə övladlarınız müxtəlif tədris modellərinə sahib hazırlıqlı və savadlı təlimçilər tərəfindən maarifləndiriləcəklər. Təlimçilərimiz öz tədris strategiyalarını həm şagirdlərə, həm də materiala uyğunlaşdıraraq tətbiq edirlər.

Tədbirlərdə iştirak

Proqramımızı başa vuran iştirakçılar DENEYAP məzunları sırasına daxil olmaqla ekspert şəbəkəmizdən mentorluq dəstəyi almaq, təcrübə proqramlarına qoşulmaq, milli və beynəlxalq yarışlarda iştirak etmək imkanlar əldə edə biləcəklər.

HƏDƏFİMİZ

“DENEYAP” texnologiya təlimləri

mütəxəssis kadrlar tərəfindən hazırlanan tədris proqramı ilə gələcəyin texnologiya sevərlərininin inkişafını dəstəkləyir və ölkəmizin texnoloji yenilikləri ilə inkişaf etməsi naminə uğurlu məhsullar istehsal etməyi hədəfləyir.

Dizayn və istehsal
Robototexnika və kodlaşdırma
Qabaqcıl robototexnika
Aviasiya və kosmik texnologiyalar
Elektron proqramlaşdırma və əşyaların interneti
Enerji texnologiyaları
Nanotexnologiya və materialşünaslıq
Süni intellekt
Mobil Tətbiq
Kibertəhlükəsizlik
Proqram təminatı texnologiyaları

Deneyap texnologiya laboratoriyasında ümumtəhsil məktəb şagirdlərinə keçirilən təlimlər 36 ayı əhatə edir. Proqram ilk 24 ay layihə əsaslı tədris və son 12 ay komanda dövrü olmaqla, 2 fərqli hissədən ibarətdir.

24 ay tədris dövrü

İştirakçılara 11 fərqli mövzuda texnologiya və layihələrin inkişafına əsaslanan təlimlər keçiriləcək. Hər təlim proqramının sonunda iştirakçılar komanda şəklində layihə üzərinə işləyərək onu nümayiş etdirəcəklər.

12 ay komanda dövrü

24 aylıq tədris müddətini başa vuran şagirdlər, uyğun olduqları sahələr üzrə formalaşdırdıqları komandalarla mütəxəssislərdən mentor dəstəyi alaraq milli və beynəlxalq yarışlarda iştirak edəcəklər.

DENEYAP proqramı iştirakçıları

Təlimçilər

DENEYAP texnologiya laboratoriyalarında işləyəcək təlimçilər məzunlar, universitetlərin müəllimləri və universitetlərin müvafiq şöbələrinin sahə ekspertləri arasından seçilir

Şagirdlər

Proqrama 4, 5, 6 və 7-ci sinif şagirdləri qoşula bilərlər. Ən yüksək bal toplayan tələbələr DENEYAP tələbəsi olmaq və 3 il pulsuz təhsil almaq hüququ qazanacaqlar.

history